CANİLƏR: Uşaqların üzünü bu hala saldılar

Suriya münaqişəsində bədənləri və üzləri yanan 6 uşaq müalicə məqsədilə Antalyaya gətirilib.

Metbuat.az xəbər verir ki, 10 aylıq Abdo Baco, 1 yaşlı Hatice Şeyh, 6 yaşlı Ayşe Sellum, 8 yaşlı Abduselam Əl-Nasir, 8 yaşlı Kənan Nasir, 9 yaşlı Əminə İsmayıl Antalyada suriyalı ailə ilə birlikdə yaşayır. Uşaqlara psixoloji dəstək məqsədilə qaş və saç əkilib.

İndiyə qədər 200-dən çox suriyalı uşağın müalicəsini həyata keçirən həkimlər maddi dəstəyə ehtiyac duyduqlarını bildirib.

Suriyalı uşaqlara ilk maddi dəstək isə “Beşiktaş”dan gəlib. Klubun ikinci prezidenti uşaqları ziyarət edərək, onlara klubun formasını hədiyyə edib, yaşadıqları evin kirayə haqqını ödəməklə bağlı öhdəlik götürüb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR