Azərbaycanın yeni dəniz blokunda qaz hasilatının başlayacağı vaxt açıqlanıb

Azərbaycanın yeni dəniz blokunda qaz hasilatının başlayacağı vaxt açıqlanıb
13:55 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

“Şəfəq-Asiman” qaz yataqları blokunda hasilata 2030-cu ildə başlanıla bilər.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransında SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov deyib.

Onun sözlərinə görə, bu blokda birinci kəşfiyyat quyusunun qazılmasına 2019-cu ilə başlamaq nəzərdə tutulur.

B.Hüseynov qeyd edib ki, “Şəfəq-Asiman” blokunun qaz ehtiyatları 500 milyard kubmetr həcmində proqnozlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2762022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR