Beynəlxalq qurum Qarabağda müharibə planını açdı: Naxçıvandan öldürücü ZƏRBƏ və DÜŞMƏNİN SONU

Beynəlxalq qurum Qarabağda müharibə planını açdı: Naxçıvandan öldürücü ZƏRBƏ və DÜŞMƏNİN SONU
13:58 2 İyun 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağda müharibə ssenariləri haqda hesabat hazırlayıb.

Publika.az
xəbər verir ki, hesabatda diqqət çəkən məqam müharibənin başlayacağı təqdirdə Naxçıvandan Ermənistana ballistik raket zərbələrinin vurulmasıdır.

Qrupun ekspertləri hesab edirlər ki, Azərbaycan Ermənistanın təxribat hücumlarının olacağını düşünür. Çünki “aprel müharibəsi”ində işğal olunmuş ərazilərin bir qismi azad edilib və İrəvan rejimi erməni cəmiyyətində etibarını bərpa etmək üçün azad olunmuş ərazilərin yenidən işğalı planını hazırlayır.

“Hər iki tərəf ballistik raketlərə malikdir və müharibə başlayacağı halda bundan istifadə edə bilərlər. Xüsusilə Ermənistandan səngər döyüşlərinə yox, Azərbaycanın şəhər və rayonlarında infrastruktura zərbə endirə bilər. Təbii ki, Azərbaycanın cavabı da sərt olacaq”, - deyə hesabatda bildirilir.

Qrupun bu hesabatı Ermənistan ictimaiyyətində qorxulara səbəb olub. Xüsusilə Naxçıvan faktoru müzakirə edilir.

Erməni siyasi şərhçi Naira Ayrumyan İrəvan hakimiyyətini Türkiyə-Azərbaycan ittifaqına mane ola bilməməkdə ittiham edir: “Naxçıvanda Türkiyə hərbiçiləri var və müharibə olacağı halda bu bölgədən vurulacaq zərbələr Ermənistanın dövlət quruluşunun sonu ola bilər. Lakin erməni diplomatiyası indiyə qədər Türkiyə-Azərbaycan əməkdaşlığına mane ola bilməyib, həmçinin, türk hərbiçilərinin Naxçıvanda fəaliyyət göstərməsinə qarşı heç nə edə bilmir”.

Erməni şərhçinin fikirlərindən belə anlaşılır ki, İrəvan erməni diasporu və lobbisinə müraciət etməli, indiyə qədər Qərbdə Ankara və Bakıya qarşı qaldırılan qondarma ittihamlar gündəmə gətirilməli, təzyiq edilməli və iki ölkə arasındakı əməkdaşlığa mane olunmalıdır. Göründüyü kimi, ermənilər xain niyyətlərini heç də gizlətmək fikrində deyillər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR