Kənan hədələdi: "Zərbədən çıxıb, "bakovoy" vuraram"

Kənan hədələdi: "Zərbədən çıxıb, "bakovoy" vuraram"
14:05 2 İyun 2017
135 Şou
Ölkə mətbuatı
A- A+

Hər buraxılışı qalmaqalla yadda qalan "Maşın" realiti-şousunda bu dəfə rejissor Kənan M.M. tamaşaçını təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissor uduşa qoyulan avtomobili udduğu təqdirdə, onu mərhum reper Hüseyn Dəryanın oğluna verəcəyini deyib:

"Oğlum yanıma gəlmişdi. Qulağıma elə söz dedi ki, özümdən utandım. Dedi ki, "Ata, bizim maşınımız var. Bunu udsan, Hüseyn Dəryanın oğluna ver". Hətta Pərvinlə (aktrisa Pərvin Abıyeva - red.) sona qalsam da, əlimi maşından çəkməyəcəm".

Onun bu sözlərinə digər iştirakçılar etiraz ediblər. Hər kəs "ee" deyərək, narazıçılıq bildirib.

Maşın ətrafında dayanan digər iştirakçıların bu reaksiyası Kənanı özündən çıxarıb. Əsəbiləşən Kənan onları hədələyib:

"Nə e, nə var? Niyə Cavad müəllim danışanda "e" demirsiz, mən danışanda edirsiz. Özüm haqqımda danışmayım?! Öz əqidəmi bilirəm. Sizin duyğularınız var, mənim yox? Bu maşını udub özümə saxlasam, kişi deyiləm. Amma mənə sağ göstərib, sol vurmayın. Zərbədən çıxıb, "bakovoy" vuraram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR