İş yerində çıxarış Qəbələdə

İş yerində çıxarış Qəbələdə
14:08 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün Qəbələ konserv zavodunun çoxsaylı əmək kollektivi üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti belə çıxarış kampaniyası keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, “Kütləvi çıxarış” kampaniyası zamanı müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar.

Bildirilir ki, kampaniya zamanı 100-ə yaxın zavod işçisinə çıxarışlar verilib. Bunlardan 60-ı pay torpağına, 25-i həyətyanı torpaq sahəsinə, 15-i isə fərdi yaşayış evlərinə aid olub. Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə də komitə əməkdaşları tərəfindən bu müəssisədə mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin aparılması, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilib. Bununla da vətəndaşın xidmətə deyil xidmətin vətəndaşa çatdırılması prinsipi tam təmin olunub. Yəni, sənədlərin qəbulu və hazır çıxarışların verilməsi işçilərin elə çalışdıqları müəssisələrdə yerinə yetirilib.

Tədbir çərçivəsində zavodda çalışan digər işçilərdən növbəti mərhələdə çıxarışla əvəz olunması üçün əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib. Tədbir çərçivəsində əmlaklarını sənədləşdirmək istəyən bir qrup müəssisə işçisinə hüquqi yardım xidmətləri də göstərilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2762062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR