Tələbə-jurnalistlərin təqdimatında Azərbaycan-ingilis dillərində xəbər buraxılışları

Tələbə-jurnalistlərin təqdimatında Azərbaycan-ingilis dillərində xəbər buraxılışları
14:15 2 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin tələbələri universitetin Tədris-teleradio studiyasında “BDU TV Xəbərlər” adı altında universitetdə keçirilən tədbirlər, görüşlər, tələbələrin və müəllimlərin elmi müstəvidə qazandıqları nailiyyətlər barədə həftəlik xəbər buraxılışı hazırlayırlar.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Artıq bir neçə aydır ki, Azərbaycan dilində təqdim edilən xəbərlərın ingilis dili buraxılışı hazırlanıb. Xəbər buraxılışı Jurnalistika fakültəsinin I kurs ingilisdilli qrupları tələbələrinin iştirakı ilə hazırlanıb və “Weekly news block" adı ilə təqdim olunub.

Qeyd edək ki, Tədris-teleradio studiyasında universitet xəbərləri ilə yanaşı, sosial çarxlar, sənədli filmlər, “Tələbə bileti”, “Gələcəyin sədası” adlı verilişlər də hazırlanaraq Youtube kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır. Verilişlər Tədris-teleradio studiyasının əməkdaşı Ramin Rzayevin rəhbərliyi və fakültə müəllimlərinin iştirakı ilə ərsəyə gəlir. Verilişlərdə aparıcı, müxbir, reportyor və operator olaraq jurnalistika fakültəsinin tələbələri iştirak edir və bütün bunlar tələbələrin praktik biliklərinin artırılmasında mühüm rol oynayır. Yaxın günlərdə xəbərlərin rus dilində yayımı da nəzərdə tutulur.

Qeyd edək ki, 1983-cü ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində ötən il əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR