Deputat: "Ermənipərəst qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyirlər"

Deputat: "Ermənipərəst qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyirlər"
14:17 2 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması anti-Azərbaycan şəbəkənin əsl simasını açdı.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, erməni diasporu, ermənipərəst və anti-Azərbaycan qüvvələr Ə.Muxtarlının həbsi ətrafında şou yaradırlar:

"Həmin şəxslər Əfqan Muxtarlının guya jurnalist fəaliyyətinə görə həbs edildiyini iddia edirlər. Bu, kökündən yanlış fikirdir. Əfqan Muxtarlı jurnalist kimi fəaliyyət göstərməyib. O, Azərbaycanda cinayət törətdiyi üçün məsuliyyətə cəlb edilən Xədicə İsmayılın cangüdəni kimi fəaliyyət göstərib. Xədicə İsmayıl həbs olunandan sonra o, Gürcüstana qaçaraq anti-Azərbaycan qüvvələrinə qoşularaq Azərbaycan əleyhinə şüarlar səsləndirib. İndi həmin qüvvələr Əfqan Muxtarlının bu fəaliyyətinə "qanuni don" geyindirmək, "azadlıq aşiqi" kimi təqdim etmək istəyirlər. Gürcüstandakı erməni diaspou, anti-Azərbaycan ünsürlər bu şəxsin həbsini əsas tutaraq Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyirlər. Amma onların bu cəhdləri iflasa uğradı. Azərbaycanla Gürcüstan arasında qədim tarixi dostluq münasibətləri var".

E.Nəsirov əlavə edib ki, bu qüvvələr dəfələrlə belə addımlar atıb, iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirmək istəyiblər:

"Bunun üçün həmin qüvvələr müxtəlif vasitələrdən istifadə ediblər. Həmin üsullardan biri də Əfqan Muxtarlıdır. Əfqan Muxtarlının özü də həmin xəyanətkar, anti-Azərbaycan qüvvələrlə əlbir olan şəxsdir. Bu cür insanlar daim çalışıblar ki, Azərbaycan-Gürcüstan dostluğuna, əlaqələrə xələl gətirsinlər. İki ölkə bir-birinə tarixən dostluq, qonşuluq münasibətləri bəsləyib və hazırda bu münasibətlər davam edir. Həmin qüvvələr bu münasibətlərə hec bir halda ziyan gətirə bilməyəcəklər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR