"Onlardan üzr istəmək istərdim"

"Onlardan üzr istəmək istərdim"
14:17 2 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

U-21 millimizin üzvü olan Dmitri Nağıyevin şərəfini qoruduğu Ukraynanın "Dnepr" klubu növbəti mövsümdən etibarən I Divizionda çıxış edəcək. "Dnepr"in Ukrayna Premyer Liqasının son turunda "Volın"la ev qarşılaşmasında matç 51-ci dəqiqədə yerli azarkeşlərin meydana atdıqları fişəngin partladılması nəticəsində yarımçıq dayandırılıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, həmyerlimiz komandanın uğursuzluğundan danışıb:

"Azarkeşləri yaxşı başa düşürük. "Dnepr" elə-belə klub deyil, bu komanda onların həyatının bir hissəsidir. İstədik ki, son turda onlara qələbə bəxş edək. Çox çalışsaq da, alınmadı və azarkeşlərlə emosional ayrılıq alındı. Onlara minnətdarlıq etmək və üzr istəmək istərdim. Bundan sonra necə olacaq? Tətildə hər şeyə aydınlıq gələcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR