Neftçala sakinindən 148 ədəd çətənə kolu aşkar edilərək götürülüb

Neftçala sakinindən 148 ədəd çətənə kolu aşkar edilərək götürülüb
14:22 2 İyun 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 2 iyun. REPORT.AZ/ Neftçala rayon sakinindən 148 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rayon əməkdaşları tərəfindən şəhərin 6-cı məhəlləsində əməliyyat tədbirləri həyata keçirilib. 
Şübhəli şəxs qismində saxlanılan həmin məhəllənin sakini, 53 yaşlı Hicran Əfsər oğlu Cəfərovun kirayə qaldığı Elçin Səfərova məxsus fərdi yaşayış evində həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədə xüsusi hazırlanış sahədə və yarımtikilidə 148 ədəd narkotik xassəli çətənə kolu aşkar edilib ki, bunun da 15 ədədi dibçəkdə yetişdirilib. Sonra yarımtikilinin tavanında 2 ədəd sellofana bükülmüş qurudulmuş marixuana da aşkarlanıb. İlkin dindirilmə zamanı Hicran Cəfərov törətdiyi əməli etiraf edib.
Həyətyanı sahədə aqrotexniki qaydada becərilmiş narkotik tərkibli çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq şöbəyə aparılıb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neftcala-sakininden-148-eded-cetene-kolu-askar-edilerek-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR