PKK-nın əsas düşərgəsinə Türkiyə bayrağı sancıldı

Şırnakda PKK terrorçularına qarşı aparılan əməliyyatların 47-ci günündə Kato dağının zirvəsinə türk bayrağı sancılıb.

Metbuat.az xəbər verir ki, əsgərlər bu yolla vertolyot qəzasında həlak olan komandir Aydoğan Aydının istəyini həyata keçirib.

Qeyd edək ki, ərazinin PKK terrorçularından azad olunması məqsədilə əməliyyatlar gecə-gündüz davam etdirilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR