Təhsil Nazirliyindən 20 nömrəli məktəb barədə açıqlama

Təhsil Nazirliyindən 20 nömrəli məktəb barədə açıqlama
14:38 2 İyun 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir çox sosial şəbəkə istifadəçiləri və media qurumlarında guya 20 nömrəli məktəbin şagird və müəllimləri növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqları barədə yayılan məlumatlar tamamilə yanlışdır.

Bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhhbəri Cəsarət Valehov bununla bağlı sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, həmin məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklər: “Nəinki Bakının, eləcə də Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir. Cənab Prezidentin tapşırığına əsasən bu məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib və paytaxtımızın ən yaraşıqlı binalarından biri olacaqdır. Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Məktəbin ən müasir avadanlıqlarla təchiz olunmuş funksional binası tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/201082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR