"Yol polisi reyd adı ilə maşınları saxlaya bilməyəcək" - YENİ QAYDA

"Yol polisi reyd adı ilə maşınları saxlaya bilməyəcək" - YENİ QAYDA
14:44 2 İyun 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən və mayın 19-dan qüvvəyə minən yeni “Yol-patrul xidməti haqqında Təlimat”da yeni dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat-xidməti aparmaq qadağan edilib.

 

 

Dəyişikliyi Lent.az-a şərh edən nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, bundan sonra yol-patrul xidməti fəaliyyətini yalnız aşkar üsulla həyata keçirəcək: “Bu da o deməkdir ki, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz. Yəni polis əməkdaşı patrul maşınında, qanunla müəyyən edilmiş xidməti geyim formasında, yolda görünən yerdə dayanmaq ya hərəkət etməklə xidmət etməlidir. Polis avtomobili kimi rənglənməmiş, işarələnməmiş maşınlarda yaxud da mülki formada xidmət etmək olmaz. Bir sözlə, polis əməkdaşları əvvəlki kimi ağacın arxasında gizlənməyəcəklər”.

 

Ə.Hüseynov deyib ki, əvvəl gizli formada yol-patrul xidməti həyata keçirənlər mülki avtomobildə küçələri gəzir, yollara nəzarət edir və müəyyən məlumatları mərkəzə ötürürdü: “ İndi isə yeni təlimata görə bu olmaz. Bundan başqa, artıq gizli radarları maşına qoymaq olmaz”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR