"Onu saçından tutub sürüyəcəkdim" - Tolik "Maşın" şou haqda

"Onu saçından tutub sürüyəcəkdim" - Tolik "Maşın" şou haqda
14:52 2 İyun 2017
175 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) İnstaqram-da canlı yayıma girərək "Maşın" şoudan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Tolik yarışmadan çıxdığı üçün peşman olmadığını söyləyib:

"Canımı iyrənclərin, dırnaqarası xanımların əlindən qurtardım. Orada Azərbaycan xanımına layiq olmayan bəzilərindən xilas oldum. Oksananın xətrini çox istəyirdim, amma ötən gün gərək səs istəməyəydi. Düzdür, deyirəm kaş çıxmayaydım. Amma orada olsaydım, kiminsə saçından tutub sürüyəcəkdim, əlimdən heç kim ala bilməyəcəkdi. Oradakı bəzi kişilər namusdan danışırdı. Sinəsinə döyən "müğənnicikləri" heç İnstaqram-da canlı yayımda 300 adam izləmir.

Səidə arxamca deyir ki, söz demək istəmirəm. Abırsız, gəl bir söz də denən. Ağır sözlər demək istəmirəm. Səidə özü biabır oldu. Səidə ilə 2 ildir danışmırdım. Onunla problemim yox idi, çünki mənlə problem yaşayacaq statusda müğənni deyil. Səidənin bacısının həyat yoldaşı mənim dostumdur. Onların evində çörək kəsmişəm, anası nazımla oynayıb, peraşki istəmişəm bişirib. Mən Səidəyə üç gün əvvəl demişdim ki, Pərvinlə bir-birinizi qıracaqsınız.

Murad Dadaşov bizi "Maşın" şouya çıxarır ki, tamaşaçı maskasız üzünüzü görsün".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR