Əsgərlərə satılan və seks köləsi olan qadınların başına gətirilən dəhşətlər - FOTOLAR

Əsgərlərə satılan və seks köləsi olan qadınların başına gətirilən dəhşətlər - FOTOLAR
14:53 2 İyun 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Bildiyiniz kimi, İŞİD kişilərlə yanaşı qadınları, qızları və azyaşlı uşaqları da əsir alır. Hazırda İŞİD-in əsrliyində minlərlə qadının olduğu bildirilir. Bu terror təşkilatının 2014-cü ildən əsir götürdüyü 7000 qadından biri danışıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 7000 nəfərdən çox qadının əsir saxlandığı düşərgələrdə başlarına gətirilən işgəncələrdən danışan Murad çox dəhşətli sözlər deyib: "Onlar kişiləri gözlərimizin önündə öldürürdülər. Elə bilirdik bizi də öldürəcəklər. Amma elə olmadı. Onlar bizə dəfələrlə təcavüz edib ağır işgəncələr verirdilər".

İraqın şimal-qərbindən qaçırılan Murad uzun müddət İŞİD üzvləri tərəfindən Mosulda təcavüz və işgəncələrə məruz qalıb. Əsirlikdən azad edilən Murad təhlükəsizlik nümayəndələrinin müşayəti ilə İraqdakı kəndinə geri qaytarılıb.

Onun sözlərinə görə, əsirlikdə 3500-dən çox qadın cinsi əlaqəyə məcbur edilərək seks köləsi olub: "Onlar bizi Avropa, Səudiyyə Ərəbistanı və Tunisdən gələn əsgərlərə satırdılar".

Əsirlikdə qaldığımız ərazilərdə çoxsayda kütləvi məzarlıqlar var. Murad yaşadığı dəhşətli hadisələri qələmə alaraq bu ilin sonunda kitab çap etdirməyi düşünür

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR