Sel Qaraməryəm-İsmayıllı yolunu bağladı

Sel Qaraməryəm-İsmayıllı yolunu bağladı
15:13 2 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində yağan güclü yağışlar Qaraməryəm-İsmayıllı-Şəki yolunda fəsadlar yaradıb.

Publika.az-a daxil olan məlumata görə, iyunun 1-i gecədən bölgəyə yağan güclü leysan yağışları iyunun 2-də günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub.

Dərhal əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qısa müddət ərzində yolda hərəkət bərpa olunub.

Hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/201087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR