Gürcüstan Parlamentinin deputatı: Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq

Gürcüstan Parlamentinin deputatı: Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq
15:22 2 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq.

Bu barədə Trend-ə açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

Millət vəkili bildirib ki, bu cür qara qüvvələr dəfələrlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addımlar atsalar da, onların bu cəhdləri iflasa uğrayıb:

"Birincisi, Əfqan Muxtarlının Gürcüstanda saxlanılması barədə məlumatlar təsdiqlənməyib. Azərbaycan Respublikası Baş Prokrurluğu tərəfindən verilən açıqlamada göstərilir ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhəddini qeyri-qanuni keçdiyi üçün saxlanılıb. Əfqan Muxtarlının Gürcüstan tərəfinin saxlayıb təhvil verməsi ilə bağlı hec bir sübut yoxdur. Bu hadisənin iki ölkə arasında münasibətləri korlamasına gəlincə isə bu, mümkün deyil. Gürcüstan-Azərbaycan münasibətlərini bir neçə dəfə korlamaq cəhdləri olub. Ancaq bu cəhdlər baş tutmayıb. Çünki Gürcüstan-Azərbaycan dostluğu böyük tarixi keçmişə dayanır. İki dost, qardaş dövlət arasında olan münasibəti heç bir qara qüvvə korlaya bilməz".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2762099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR