Gələn il daxili bloketmə mexanizminə malik “Chrome” brauzeri təqdim ediləcək

Gələn il daxili bloketmə mexanizminə malik “Chrome” brauzeri təqdim ediləcək
15:35 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti gələn ilin əvvəlində daxili reklam bloketmə mexanizminə malik “Chrome” brauzerini təqdim edəcək. Şirkət yeni funksiya haqda öncədən məlumat verib ki, bloqer, KİV və başqa məzmun tədarükçüləri əvvəlcədən öz saytlarını yeni brauzerin xüsusiyyətlərinə uyğunlaşdıra bilsinlər. Belə ki, yalnız istifadəçiləri qıcıqlandıran elanlar bloka salınacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, "biz onlayn reklam sahəsinin inkişafına inanırıq. Buna görə ən yaxşı reklam (Coalition for Better Ads) üçün koalisiyaya qoşulmuşuq" –  şirkətin rəsmi bloqunda qeyd edilib. Bu, nəşriyyat, texnologiya və reklam şirkətlərinin ittifaqıdır. “Google”, “Facebook”, “News Corp” və “The Washington Post” bu ittifaqa daxildirlər. Koalisiyanın məqsədi interneti zəhlətökən elanlardan təmizləməkdir. İstifadəçilərə qaydalara uyğun reklam göstəriləcək. Bloketmə mexanizmi həm masaüstü, həm də mobil versiyada işləyəcək.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48192-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR