Bakının mərkəzi yollarından biri bağlanacaq

Bakının mərkəzi yollarından biri bağlanacaq
15:52 2 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakının mərkəzi yollarından biri bağlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Formula 1 - Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı bu gün trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu trek - Xaqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR