Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 6 544 müqavilə bağlanılıb

Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 6 544 müqavilə bağlanılıb
16:07 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT/AZ Bu ilin may ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 6 544 sığorta müqaviləsi bağlanılıb.
“Report” İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, bu müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 2 384 470 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 4059-u yaşayış evləri və mənzillər, 49-u inzibati binalar, 2436-ı isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 1,98% və 43,66% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 236, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılıb.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-oten-ay-dasinmaz-emlakin-icbari-sigortasi-uzre-6-544-muqavile-baglanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR