Əfqanıstandakı aksiyada ölənlərin sayı artdı

Əfqanıstandakı aksiyada ölənlərin sayı artdı
16:27 2 İyun 2017
25 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polislə toqquşma yaşanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində 7 nəfər həlak olub.

Qeyd olunur ki, polis aksiyanı gözyaşardıcı qaz və su şırnaqları vasitəsilə dağıtmağa çalışıb. Aksiya iştirakçıları polisin onlara atəş açdığını bildirib.

Mindən çox şəxs Əfqanıstan Prezidenti Əşrəf Qəninin istefası tələbi ilə aksiyaya qatılıb.

Aksiya bir neçə gün əvvəl Kabildə törədilmiş terror aktı ilə əlaqədar keçirilib.

Xatırladaq ki, çərşənbə günü Kabildə Prezident sarayı və xarici səfirliklərin yaxınlığında güclü partlayış baş verib. Son məlumata əsasən, hadisə nəticəsində 100 nəfər ölüb, 600 nəfər xəsarət alıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR