Aktyorun qardaşı oğlunu işlətdiyi çay evində yandırdılar - FOTO

Aktyorun qardaşı oğlunu işlətdiyi çay evində yandırdılar - FOTO
16:27 2 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Aktyor Halil Ergünün 46 yaşlı qardaşı oğlu Ahmet Ergün sahibi olduğu çay evində dalaşdığı kəslərin onun üzərinə qaynar su tökməsi nəticəsində ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan Ahmet Ergün həkimlərin nəzarətinə götürülüb.

TƏFƏRRÜAT

Milli.Az DHA-ya istinadən xəbər verir ki, dünən gecə saat 23.00-da Ahmet Ergün Atatürk Prospektində işlətdiyi çay evini bağlamağa hazırlanarkən gələn 3 nəfər ondan çay istəyib. İş yerini bağlayacağını söyləyərək çay xidmətindən imtina edən Ahmet Ergün ilə şəxsiyyətləri hələ məlum olmayan kəslər arasında mübahisə baş verib.

Mübahisə davaya çevrilərkən dalaşdığı şəxslər tərəfindən itələnərək kürəyi üstə qaynar su dolu qazanın üzərinə yıxılan Ahmet Ergün ağır yanıq xəsarətləri alıb.

Polis hadisədən sonra qaçan 3 adamın şəxsiyyətini təhlükəsizlik kameralarını izləyərək araşdırır.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR