2017-2018-ci tədris ili üçün Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu elan edilib

2017-2018-ci tədris ili üçün Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu elan edilib
16:32 2 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ 2017-2018-ci tədris ili üçün Fransa-Azərbaycan Universitetinə (UFAZ) tələbə qəbulu qaydaları elan edilib.
"Report"un xəbərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi I ixtisas qrupu üzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər.
O bildirib ki, universitetə qeydiyyat müsabiqənin nəticələrinə əsasən UFAZ-da yaradılan komissiya tərəfindən aparılacaq: "Onlayn qeydiyyat iyunun 12-dən iyulun 17-ə qədər aparılacaq, ikinci imtahanda iştirak edənlər üçün qeydiyyat 24-25 iyul saat 23.00-dək aparılacaq. İmtahan isə iyulun 27-də keçiriləcək".
Rektor əlavə edib ki, növbəti tədris ili üçün qəbul planı 160 yerdən ibarətdir: "Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Əgər boş yer qalsa əcnəbi tələbələrin ödənişli əsaslarla oxumasına şərait yarada bilərik".
Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez isə qeyd edib ki, sonrakı illərdən həm xarici tələbələr, həm də ADNSU-nun ən yaxşı oxuyan tələbələri də təhsil ala bilərlər.
O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinə aparılacaq.
Qeyd edək ki, 2016/2017 tədris ilində 141 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/2017-2018-ci-tedris-ili-ucun-fransa-azerbayca-universitetine-telebe-qebulu-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR