Kamerunda terror aktı nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

Kamerunda terror aktı nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb
16:42 2 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Kamerunun şimalında “Boko Haram” qruplaşmasının üzvü olan terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb.
“Report” “Sinxua”ya istinadən xəbər verir ki, partlayış ölkənin Nigeriya ilə sərhədində yerləşən Kolofat şəhərində törədilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bir müddət əvvəl “Boko Haram” terrorçu qruplaşması silahlılarının 22 qızı Kamerundan Nigeriyanın şimal-şərqinə qaçırdığı barədə məlumat yayılıb.
Qeyd edək ki, bu qruplaşma Nigeriya, Niger, Çad və Kamerun ərazisində fəaliyyət göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kamerunda-terror-akti-neticesinde-11-nefer-olub-30-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR