Açıq səma altında konsert

Açıq səma altında konsert
16:42 2 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət kanalının, Azərbaycan Radiosunun  təşkilatçılığı, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsi, ilə birgə, qoruq ərazisində, açıq səma altında  "Pillə" adlı konsert keçirildi.

Layihənin ideya müəllifi, Azərbaycan Telelvizyasının əməkdaşı Nigar Qarayevanın dediklərinə görə, Ümumilli lider Heydər Əliyev daima uşaqlara diqqət və qayğı göstərmişdir. Onun siyasi kursu bu gün də layiqincə davam etdirilir. Ölkə başçısının sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması bu diqqət və qayğının bariz nümunəsi idi. Ölkədə aparılan  məqsədyönlü və ardıcıl uşaq siyasəti nəticəsində hər il müxtəlif sahələrdə fərqlənən istedadlı uşaq və gənclərə Prezident təqaüdü ayrılır, istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər keçirilir. Bu konsert də 1 İyun Uşaqların Beynəlxalq  Müdafiəsi günü ilə bağlı Mədəniyyət Kanalının körpə balalarımıza bir töhvəsidir. Konsertdə, Azərbaycan Televiziya və radiosunun Əfsər Cavanşirov adına Bənövşə uşaq xoru,  Atilla Məmmədov, Solmaz Əbdül - Vokal qrupu, Mehin Axundova, Atiılla Məmmədov, Fidan Hüseynov, Nadir Hüseynov Saz  mahnısı, Ayan Qurbanov  Şən  Azərbaycan Vokal qrupu Naz Naz, Solmaz Əbdül, Alsu Rihana,Tahirə Maqsudova, Bakı Şəhər Mədəniyyət və  Turizm Baş İdarəsinin tabeçiliyində olan,. müxtəlif musiqi məktəblərinin şagirdləri və musiqi  kollektivləri iştirak ediblər.
 
Mədəniyyət Kanalının təşkil etdiyi "Pillə" adlı konsertin məqsədi də  istedadlı uşaq və gəncləri ictimaiyyətə təqdim etmək, tanıtmaqdır.

Sonda uşaqlar, konsert proqramınin Mədəniyyət Kanalı və Azərbaycan Radiosu vasitəsilə işıqlandırdıqları və təşkili üçün, yaradılan şərait görə Azərbaycan Televiziyasının rəhbərəliyinə öz təşəkkürünü bildirdilər.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR