Səfir: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur

Səfir: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur
16:50 2 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

"Hesab edirəm ki, Fransanın yeni prezidentinin mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bugünki mətbuat konfansında bildirib.

O deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.

Səfir bildirib ki, prezident Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır. O münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək: "Güman edirəm ki, onun mövqeyi də bu problemin sülhlə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk Qrupunun rolunu da qeyd edirəm. Əsas prirotet problemin sülhlə öz yolunu tapmasıdır".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2762177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR