Fransa-Azərbaycan Universitetinin yeni binasının açılacağı vaxt məlum oldu

Fransa-Azərbaycan Universitetinin yeni binasının açılacağı vaxt məlum oldu
16:50 2 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Fransa-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının açılışı sentyabrda keçiriləcək.

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bugünkü mətbuat konfansında bildirib.

UFAZ-ın binasının Bakının mərkəzində yerləşdiyini deyən səfir əlavə edib ki, artıq gələn tədris ilindən UFAZ-da tədris yeni binada təşkil olunacaq.

O.Buşez deyib ki, UFAZ layihəsi ən yaxşı şərtlər daxilində həyata keçirilir: "2016-cı ilin sentyabrında UFAZ-ın rəsmi açılışı olub. Artıq 1 ildir ki, UFAZ fəaliyyət göstərir. Bir il ərzində əldə olunan nailiyyətlər müsbətdir. 2016-2017-ci tədris ilində 141 tələbə təhsil alıb".

Səfir qeyd edib ki, tədris ili müddətində universitetin daxili idarəolunması ilə bağlı bir çox işlər görülüb, 2017-ci ilin martında UFAZ-ın İdarəetmə Komissiyasının ilk iclası keçirilib. Müzakirə olunan məsələlərdən biri də universitetlə şirkətlərin əməkdaşlığı olub: "Aydın məsələdir ki, universitet tələbələri hazırlayır və gələcəkdə onların işlə təminatına kömək etməlidir. Bununla bağlı universitetdə karyera yarmarkası da keçirilib".

O.Buşez qeyd edib ki, növbəti illərdə UFAZ-a həm xarici tələbələrin, həm də Dövlət Neft və Sənaye Univetsitetinin ən yaxşı tələbələrinin qəbulu nəzərdə tutulur: "Digər vacib məsələ UFAZ Fondunun yaradılmasıdır. Bu fonda UFAZ-la əlaqəli şirkətlərin cəlbi nəzərdə tutulur".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR