Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçirildi

Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçirildi
16:52 2 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda iyunun 1-2-də keçirilmiş iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.
 
İclasın sonunda kommünike qəbul olunub.
 
Növbəti iclasın İranda keçirilməsi barədə qərar qəbul edilib.
 
Toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR