Vladimir Putin SPBİF-2017-dəki çıxışını informasiya texnologiyalarının inkişafına həsr edib

Vladimir Putin SPBİF-2017-dəki çıxışını informasiya texnologiyalarının inkişafına həsr edib
17:02 2 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburq. 2 iyun. REPORT.AZ/ "Rusiyaya müxtəlif ölkələrlə bir çox sahələrdə əməkdaşlığın yeni formatları lazımdır".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF-2017) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni qarşılıqlı əlaqələrin qurulması üçün, məsələn, BMT kimi beynəlxalq təşkilatlardan istifadə etmək lazımdır.
Rusiya prezidenti informasiya texnologiyalarının inkişafına xüsusi diqqət ayırıb.
"İnformasiya iqtisadiyyatının yaradılması üçün normativ baza təşkil etmək lazımdır. Burada təhlükəsiz zona yaratmaq lazımdır. Həyatın bütün sahələrində rəqəmsal texnologiyaları təkmilləşdirmək lazımdır. İnformasiya texnologiyaları biznes üçün yeni modellər, ümumiyyətlə, dövlətin və cəmiyyətin inkişafı üçün yeni paradiqma yaradır", - V.Putin bildirib. O, həmçinin Rusiyanın texnologiya, o cümlədən yükəsk texnologiya sahəsinə sərmayə qoyulması üçün kapital cəlb etməyə çağırıb.
Qeyd edək ki, bu gün SPBİF-2017-nin ikinci günüdür. Forum çərçivəsində enerji şirkətlərinin rəhbərlərinin sammiti keçirilib, müxtəlif şirkətlər və Rusiya Federasiyasının subyektləri arasında əməkdaşlıq müqavilələr imzalanıb, eləcə də energetika, səhiyyə, yeni iqtisadiyyat, bank sistemi, iqlim dəyişikliyi və digər məsələlər üzrə çoxsaylı panel müzakirələr keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-putin-spbi-f-2017-deki-cixisini-informasiya-texnologiyalarinin-inkisafina-hesr-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR