İki intiharçı-terrorçu partlayış törətdi - 9 ölü

İki intiharçı-terrorçu partlayış törətdi - 9 ölü
17:15 2 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kamerunun şimalındakı Kolofata şəhərində eyni vaxtda törədilmiş iki partlayış nəticəsində 9 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, polis partlayışların iki intiharçı-terrorçu tərəfindən törədilməsi barədə məlumat yayıb.

Yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayışı “Boko Haram” terror qruplaşmasının üzvlərinin törətdiyi ehtimal edilir. Qeyd edək ki, partlayış bu qruplaşmadan qaçan insanların məskunlaşdığı düşərgədə baş verib.

Hazırda insidentlə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2762197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR