Şiş küftə RESEPTİ

Hazırlanması asan, dadına doymayacağınız iftara özəl ət yeməyi hazırlamaq istəyirsiniz?

Metbuat.az şişli küftənin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

500 qr orta yağlı qoyun qiyməsi

1 ədəd kiçik soğan

1 dilim köhnə çörək

1 diş sarımsaq

3 budaq cəfəri

1 çay qaşığı adi cirə

½ çay qaşığı pul bibər

Duz, qara istiot

Hazırlanması:

Soğanı çox incə doğrayın. Çörəyin içini ovxalayın. Ədviyyatlar və doğranmış cəfəri, əzilmiş sarımsaq və yumurta ilə birlikdə qiyməyə əlavə edin. Bütün məhsulları yoğurub 10 dəqiqə soyuducuda saxlayın.

Hazırladığınız içliyi şişlərə keçirin. Öncədən isitdiyiniz izqarada ya da altı yapışmayan tavada 10 dəqiqə bişirin. Doğranmış soğan və ya pideylə servis edə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR