ABŞ və Yaponiya qırıcıları havaya qaldırdı

ABŞ və Yaponiyanın Şimali Koreya sahillərində keçirdiyi təlimlərə hələ ki, Şimali Koreya rəhbəri Kim Çen Inndan reaksiya gəlməyib.

Metbuat.az xəbər verir ki, "Yapon-15" hərbi təyyarələri ABŞ-ın "Ronald Reyqan" və "Karl Vinson" hərbi gəmiləri üzərindən uçuş nümayiş etdirib. Yaponiya Müdafiə Nazirliyi bu gün təlimlərdən 3 foto paylaşıb. İlk foto isə Pentaqon tərəfindən paylaşılıb.

ABŞ-Yaponiya hərbi təlimlərində ilk dəfə olaraq, 2 təyyarə daşıyan gəmidən istifadə olunub.

Qeyd edək ki, Şimali Koreya sonuncu nüvə sınağını 29 mayda keçirib. Havada 6 dəqiqə qalan raket Yapon dənizinə düşüb.

Şimali Koreyanın nüvə silahını tətbiq edəcəyi təqdirdə Cənubi Koreyanın paytaxtı da daxil olmaqla, 25 milyon insan təhlükə altında olacaq.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR