Putin: "Buna haqqımız yoxdur"

Putin: "Buna haqqımız yoxdur"
17:42 2 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

"Sistemli uzunmüddətli çağırışlarla bütün dünya üzləşir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib. 
 
"Qarşımızda sistemli uzunmüddətli çağırışlar durub. Bu çağırışların nəticələrini hələlik proqnozlaşdırmaq və hesablamaq çətindir. Biz gücümüzü, qüvvəmizi geosiyasi oyunlara sərf etməməliyik, buna haqqımız yoxdur", - deyə Putin vurğulayıb. 
 
O bildirib ki, qeyri-standart qərarların, dövlətlərin əməkdaşlıqlarının, regional inteqrasiya birliklərinin, biznes və elmi cəmiyyətlərin yeni formatlarını birgə axtarıb tapmaq üçün müdriklik və məsuliyyət lazımdır. 
 
Putin çıxışında Rusiya iqtisadiyyatına qoyulan xarici investisiyalardan da danışıb: "2017-ci ilin ilk üç ayı ərzində Rusiya iqtisadiyyatına qoyulan birbaşa investisiyaların həcmi 7 milyard ABŞ dolları təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə çox yaxşı göstəricidir".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR