Əfqanıstanda hökumət əleyhinə keçirilən aksiyada 4 etirazçı ölüb, 8-i yaralanıb

Əfqanıstanda hökumət əleyhinə keçirilən aksiyada 4 etirazçı ölüb, 8-i yaralanıb
17:42 2 İyun 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda ölkə prezidenti Əşrəf Qəni hökumətinin istefası tələbi ilə keçirilən nümayiş nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Polis aksiyanı dağıtmaq üçün havaya atəş açıb. Polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Qeyd edək ki, iyunun 2-də bir neçə min insan Kabulda mayın 31-də terror törədilən yerə toplaşaraq aksiya keçiriblər.
Xatırladaq ki, mayın 31-də Kabulda törədilən terror nəticəsində 100 nəfər ölüb, 600 nəfər isə yaralanıb. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-hokumet-eleyhine-kecirilen-aksiyada-4-etirazci-olub-8-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR