İRƏLİ yeni layihəyə start verir

İRƏLİ yeni layihəyə start verir
17:50 2 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan illər boyu tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2017-ci il İslam Həmrəyliyi ili elan olunub.

“İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub. Açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalacaq olan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçiriləcək, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alacaqlar.

“Support of Azerbaijan Youth (SAY): Solidarity” layihəsinin əsas məqsədi – Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.

SAY hərəkatı altında keçirilən və sayca 5-ci olan “SAY: Solidarity” layihəsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda keçiriləcəkdir.

“İRƏLİ” İctimai Birliyi "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, "SAY: Multikulturalizm" və “SAY: Volunteering Festival” kimi böyük layihələri həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb.

Qeyd edək ki, layihə haqqında mlumat almaq və iştirak etmək istəyən gənclər linkə (http://ireli.az/product/say-solidarity/) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR