Dövlət İmtahan Mərkəzi SAT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi SAT imtahanı keçirəcək
17:54 2 İyun 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 3-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.  

 

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

 

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür:http://www.dim.gov.az/exam/sat/  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR