İsmayıllıda sel magistral yolu iflic etdi - VİDEO - FOTO

İsmayıllıda sel magistral yolu iflic etdi - VİDEO - FOTO
17:57 2 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllıda sel ciddi fəsadlar törədib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, İsmayıllı rayonunda bugün günorta saatlarından başlayaraq yağan yağış 10-15 dəqiqə ərzində güclənərək Qurbanəfəndi kəndinin Şirinsu ərazisində, Qəbələ İsmayıllı yolunun 17 km-də magistral yolda avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Özü ilə daş parçaları və ağaclar gətirən güclü sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün selin qarşısını almaq mümkün olmayıb. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyib. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası əraziyə cəlb olunub, yaranan təhlükənin qarşısı alınıb.

Qabaqlayıcı tədbirlər nəticəsində avtomobillərə ziyan dəyməyib. Hərəkət bərpa olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İsmayıllıda sel magistral yolu iflic etdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR