Azərbaycan qaz kəmərlərində itkiləri 2020-ci ilədək azaldacaq

Azərbaycan qaz kəmərlərində itkiləri 2020-ci ilədək azaldacaq
17:57 2 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Qaz paylayıcı sistemlərdə qaz kəmərlərinin modernləşdirilməsi və digər tədbirlər nəticəsində itkilərin 2020-ci ilə qədər endirilməsi, 2050-ci ilə qədər isə azalmanın miqdarının beynəlxalq standartlara uyğunlaşdırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.
Onun sözlərinə görə, neft-qaz hasilatı zamanı atmosferə atılan qazların yığılması, neft-qaz emalında, paylama şəbəkələrində qaz sızmalarının qarşısının alınması ilə bağlı qəbul olunmuş strategiyaya əsasən, 2030-cu ilə qədər atmosferə atılan fugitiv emissiyaların həcminin kəskin azaldılması planlaşdırılır.
"Azərbaycan qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfəsi olaraq baza ili ilə (1990-ci il) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanmasını hədəf kimi götürüb", - deyə nazir müavini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycan-qaz-kemerlerinde-itkileri-2020-ci-iledek-azaldacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR