Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb

Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb
18:02 2 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı. 2 iyun. REPORT.AZ/ Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, iyunun 2-də səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.
Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb. Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/perunun-azerbaycandaki-sefirliyi-fealiyyete-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR