Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
18:08 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabahdan sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2762231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR