Biləcəri-Binəqədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Biləcəri-Binəqədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
18:12 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq iyun ayının 3-dən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Report" bu barədə “Azəravtoyol”a istinadən xəbər verir.
Hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bileceri-bineqedi-avtomobil-yolunda-neqliyyat-vasitelerinin-hereketi-mehdudlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR