Mingəçevir və Sankt-Peterburqun Turizm kollecləri arasında əməkdaşlıq sazişi imzalanıb

Mingəçevir və Sankt-Peterburqun Turizm kollecləri arasında əməkdaşlıq sazişi imzalanıb
18:32 2 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 2 iyun. REPORT.AZ/ Mingəçevir Turizm Kolleci ilə Sankt-Peterburq Turizm Kolleci arasında əməkdaşlıq sazişi imzalanıb. 
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, Azərbaycan və Rusiyanın orta ixtisas təhsil müəssisələri kadr hazırlığı, təhsil proqramlarında innovativ yeniliklərin tətbiqi, turizm kompleksləri ilə təhsili müəssisələri arasında işgüzar əlaqələrin formalaşdırılması və texnoloji yeniliklərin mübadiləsi prosesində sıx əməkdaşlıq edəcək. Eyni zamanda, pedaqoq və tələbə mübadiləsinin aparılması nəzərdə tutulur.
Bundan başqa, Mingəçevir Turizm Kollecinin nümayəndə heyəti qarşı tərəfin dəvəti Sankt-Peterburqda "Gənc peşəkarlar" mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirdə iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mingecevir-ve-sankt-peterburqun-turizm-kollecleri-arasinda-emekdasliq-sazisi-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR