Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başladı

Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başladı
18:32 2 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyunun 2-də səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.

Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb. Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR