Gənc estrada ifaçılarının "Odlar ölkəsi" adlı konserti keçiriləcək

Gənc estrada ifaçılarının "Odlar ölkəsi" adlı konserti keçiriləcək
18:42 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Mədəniyyət kanalının və Azərbaycan Radiosunun təşkilatçılığı ilə 7 iyun saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında "Odlar ölkəsi" adlı gənc estrada ifaçılarının konserti keçiriləcək.

Milli.Az xəbər verir ki, konsertdə gənc estrada ifaçıları - Sərxan Cəfərov, Fərəh Həsənzadə, Şövqi Əmrahov, Şeyda Ələsgərova, Güllü Bəhərzalova, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Rüfət Xəlil, Səfa Eldar, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova, Yana Maybaxın rəhbərlik etdiyi "Renessans" rəqs qrupu və başqaları iştirak edəcək. Layihənin rəhbəri Emin Həsəndir. Konsertdə ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək. Konsertə giriş azaddır.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA, Lent.az, Vesti.az, Trend.az, Milli.az-a məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/550745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR