Erməni yalanlarına qarşı tutarlı "silah" hazırlanır

Erməni yalanlarına qarşı tutarlı "silah" hazırlanır
19:05 2 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarix İnstitutu erməni yalanlarına qarşı tutarlı "silah" hazırlayır.

İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın iclasında ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəmə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tarix İnstitutundan Milli.Az-a verilən məlumata görə, İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir: "Son illər institutda ermənilərin türk-müsəlman əhaliyə və digər xalqlara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımlarını sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. Bununla bağlı Elmi Şuranın əvvəlki iclaslarında müvafiq məsələ müzakirə olunub və konkret tədbirlər planı təsdiq edilib".

Y.Mahmudov qeyd edib ki, ermənilər onlara qarşı qondarma "soyqırımları" ilə bağlı saxta rəqəmlər uyduraraq bunu bütün dünyaya sırıyırlar: "Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək. Bu sərəncam tarixçi-alimlər qarşısında ciddi vəzifələr qoyur".

İclasda Vasif Qafarova tapşırılıb ki, itkilərlə bağlı tədbirlər planı hazırlasın və 1 həftəyə Elmi Şuranın təsdiqinə versin.

Toplantıda qeyd olunub ki, soyqırım zamanı Azərbaycanın məruz qaldığı itkilərin dəqiqləşdirilməsi həm soyqırım tariximizin araşdırılmasına xidmət edəcək, həm də erməni yalanlarına qarşı tutarlı bir silah rolunu oynayacaq.

İnstitutun direktorunun fikrincə, bu gün ən ümdə məqsəd əl-ələ verib Vətənə xidmət etməkdir.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR