"Qarabağ" hazırlıqlara başladı

"Qarabağ" hazırlıqlara başladı
19:12 2 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qarabağ" 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov mayın 5-i ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi. Mövsümün ilk məşqi ötən gün günorta saatlarında klubun bazasında start götürüb.

İlk məşqdə Dino Ndlovu, Arif Daşdəmirov, Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib. Millimizin heyətində olan 8 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib. Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR