“Möcüzə” yağları beynəlxalq festivallarda aşpazlarımıza uğur qazandırıb (FOTO)

“Möcüzə” yağları beynəlxalq festivallarda aşpazlarımıza uğur qazandırıb (FOTO)
19:22 2 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvlərindən ibarət heyətin keçən ay ərzində müxtəlif ölkələrdə təşkil edilmiş beynəlxalq yarışlarda uğurlu çıxış etməsinə həsr olunmuş mətbuat konfransı təşkil edilib.

İranın Zəncan şəhərəində “İpək Yolu” festivalı, Qırğızıstanın Bişkek şəhərində “Avrasiya Kulinariya Festivalı” və Türkiyənin İzmir şəhərində keçirilmiş Beynəlxalq Kulinariya çempionatında iştirak etmiş aşpazlar fərdi sinif və komanda yarışlarında müxtəlif kubok, medal və diplomlarla təltif ediliblər.

Hər zaman kulinarlarımızın yanında olan və keyfiyyətli məhsulları ilə onların uğurlu nəticə əldə etməsinə öz töhfəsini verən “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb. Aşpazlar iştirak etdikləri bütün festivallarda bu şirkət tərəfindən istehsal edilən kərə ətirli “Möcüzə” yağlarından istifadə ediblər. Mükafatlanan kulinarlar bu markanın onların uğur qazanmasında vacib rol oynadığını bildiriblər. Qeyd edək ki, istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Möcüzə” bitki yağlarının kərə ətri tam təbiidir. Yüksək keyfiyyətli və təbii tərkibli kərə yağının ətrinin əlavə edilməsi ilə istehsal edilən “Möcüzə” yağları ilə hazırlanan yeməklər daha dadlı və nəfis ətirli alınır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR