"Rosneft"lə BP arasında qaz sahəsində əməkdaşlıq barədə anlaşma imzalanıb

"Rosneft"lə BP arasında qaz sahəsində əməkdaşlıq barədə anlaşma imzalanıb
19:27 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın "Rosneft" şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında 2019-cu ildən etibarən qaz kəşfiyyatı, satışı, hasilatı və marketinqi sahəsində əməkdaşlıq anlaşması imzalanıb. 
"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, anlaşma iyunun 2-də Sankt-Peterburqda keçirilən iqtisadi forumda "Rosneft" rəhbəri İqor Seçin və BP-nin İdarə Heyətinin sədri Bob Dudley tərəfindən imzalanıb.
Anlaşma çərçivəsində "Rosneft"in hasil etdiyi qazın 2019-cu ildən etibarən BP şirkəti vasitəsilə Avropaya satılması nəzərdə tutulub. Sənəd həmçinin iki şirkətin başqa ölkələrdə maye qaz layihələrində strateji müttəfiqliyinə gətirib çıxaracaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rosneft-le-bp-arasinda-qaz-sahesinde-emekdasliq-barede-anlasma-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR