Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivala qatılacaq

Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivala qatılacaq
19:47 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə daha bir beynəlxalq festivala yola düşür.
Teatrın mətbuat xdmətindən "Report"a verilən məlumata görə, teatrın direktoru Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət iyunun 6-10-da Qazaxıstanda keçiriləcək “Orteke“ V Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.
İki ildən bir keçirilən festivalın təşkilində məqsəd müasir teatr meyllərinin öyrənilməsi və kukla sənətinin ayrı-ayrı qollarının təbliğ olunmasıdır. 
Səfər “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında öz əksini tapan Azərbaycan teatr sənətinin inkişafı, dünya miqyasında layiqincə təmsil və təbliğ edilməsi məqsədilə reallaşacaq.
Kollektiv TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan və Şimkənd şəhərlərini əhatə edəcək teatr bayramında “Zəng” adlı mono-tamaşa ilə təmsil olunacaq.
Qeyd edək ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/kukla-teatrinin-yaradici-heyeti-beynelxalq-festivala-qatilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR