Putindən zarafatyana cavab:

Rusiya prezidenti Vladimir Putin Donald Trampın ABŞ-ın İqlimə dair Paris aktından çıxmasına dair verdiyi qərarı dəyərləndirib.

Metbuat.az-ın məlumatına görə, Angela Merkel, Emmanuel Makron və Donald Tusk kimi siyasətçilər Trampın qərarını sərt dillə tənqid etsələr də, Putin zarafatyana cavabı ilə hamını təəccübləndirib.

"Siz anlaşmanı oxumusunuz? Xeyir. Anlaşma nə haqqındadır? Saziş hava temperaturunun 2 dərəcədən çox artmaması ilə bağlıdır. Biz burada temperaturun artdığını hiss etmirik. Bu səbəbdən prezident Trampa minnətdar olmalıyıq. Moskvada yağış yağanda, hava soyuq olanda artıq Trampı və amerikan imperializmini günahlandıra bilərik. (gülür) Bu, tamamilə onların günahıdır", - deyə Vladimir Putin bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR