Henley & Partners” (“Henli və tərəfdarları”) şirkətinin viza məhdudiyyəti indeksləşdirilməsinə əsasən, Azərbaycan 74-cü yerdədir.
Publika.az "Report.az"-a istinadən xəbər verir ki,
indeksləşdirmə BMT-yə üzv 193 ölkə arasında aparılıb.
Ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə
bilərlər.
Məlumata görə, birinci yerdə Almnaniyadır. Bu ölkə vətəndaşlarının
176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç
(175 ölkəyə vizasız səyahət), üçüncü yerdə 174 dövlətə vizasız
səyahət etmək imkanı ilə Danimarka, İspaniya, İtaliya, Finlandiya
və ABŞ gəlir.
Sonuncu üç yeri Pakistan (28 ölkəyə vizasız səyahət), İraq (27),
Əfqanıstan (24) tutur.
Qeyd edək ki, Ermənistan bu siyahıda 78-ci yerdədir və
vətəndaşlarının 58 ölkəyə vizasız səfər etmək imkanı var.